Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
2024-cü il ərzində Azərbaycan Respublikasında 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb.
Bəs Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində neçə nikah aktı qeydə alınıb?
Ədliyyə Nazirliyi Modern.az saytının bununla bağlı sorğusunu cavablandırıb.
Qurumdan bildirilib ki, 2024-cü il ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən 193 nikah haqqında akt qeydi rəsmiləşdirib.