Marja.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci ilin ilk 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycandan 159 milyon 788 min dollar dəyərində 146 min 384 ton pomidor ixrac edilib.
Marja.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2024-cü ilin ilk 10 ayı ərzində Azərbaycandan 141 milyon 965 min dollar dəyərində 118 min 922 ton pomidor ixrac edilmişdi.
Beləliklə, bu il Azərbaycandan pomidor ixracı dəyər ifadəsilə 17 milyon 823 min dollar və ya 12,5%, miqdar ifadəsilə 27 min 461 ton və ya 23,1% artıb.