Azərbaycanın xarici borcları AÇIQLANDI SİYAHI

04.02.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat olub və bunun 8 milyard 183 milyon manatını (4 milyard 813,5 milyon dollar) xarici dövlət borcu təşkil edib.

Modern.az xəbər verir ki, xarici dövlət borcun ən böyük hissəsi Asiya İnkişaf Bankından alınan kreditlərin payına düşüb. Bu quruma olan borc 1 milyard 702,9 milyon dollar (2 milyard 894,9 milyon manat) səviyyəsindədir.

Qeyd edək ki, xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:

- Asiya İnkişaf Bankı – 1 702,9 milyon dollar (2 894,9 milyon manat);

- Avrobond üzrə investorlar – 1 387,3 milyon dollar (2 358,4 milyon manat);

- Dünya Bankı – 657,1 milyon dollar (1 117,1 milyon manat);

- İslam İnkişaf Bankı – 230,2 milyon dollar (391,3 milyon manat);

- Avropa Yenidənqurma və İnkişaf Bankı – 216,4 milyon dollar (367,9 milyon manat);

- Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi – 150,7 milyon dollar (256,2 milyon manat);

- Asiya İnfrastruktur və İnvestisiya Bankı – 78,6 milyon dollar (133,6 milyon manat);

- Digər kreditorlar – 390,3 milyon dollar (663,6 milyon manat).

Onu da qeyd edək ki, xarici dövlət borcunun 58,2%-i 5 ilə qədər olan müddətdə, 36,1%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun 85,7%-i ABŞ dolları, 6,4%-i avro, 3,2%-i XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3,1%-i yapon yeni, 1,6%-i isə digər valyutalarla alınıb. (Mənbə:Yeniavaz.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью