Azərbaycanın xarici borcu azalıb

29.04.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici dövlət borcu 2025-ci ilin ilk rübünə əsasən, 5.1 milyard dollar təşkil edir. 

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli öz “Facebook” hesabında yazıb. 

O, qeyd edib ki, xarici borcun həcmi 2018-ci ildən bəri azalan dinamikadadır. İqtisadçı Azərbaycanın xarici borc həcminin ÜDM-ə nisbətdə dünyada ən yaxşı göstəricilərdən biri olduğunu vurğulayıb.

Natiq Cəfərli daxili dövlət borcunun isə 2018-ci ildən bəri 14 dəfəyədək artdığını yazıb.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью