Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfəyə yaxın azalıb

21.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.

Son nəticədə xarici ticarətdə 6 milyard 105,9 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью