Azərbaycanın xarici ticarət dövriyyəsində son vəziyyət DGK rəqəmləri açıqladı

15.09.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"AzPolitika" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.

Son nəticədə xarici ticarətdə 10 milyard 392 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,2 dəfə çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью