Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Məlumat verdiyimiz kimi kiberhücumlar nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Caliber.az” və “Baku.ws” saytlarının fəaliyyətində müvəqqəti problemlər yaranıb.
Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır.
Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.
Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur.