Azərbaycanın XİN rəhbəri Avazaya getdi

07.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə yola düşüb.

Bu barədə "Yeni Sabah"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov oktyabrın 7-də Türkmənistanın Avaza şəhərinə səfər edib. pizza mizza

Səfər çərçivəsində nazirin Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında, həmçinin Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları nəzərdə tutulub.

Bundan əlavə, səfər zamanı Ceyhun Bayramovun bir sıra yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью