Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanın Qəzza Sülh Şurasında yer alması ölkəyə diplomatik nüfuz, beynəlxalq əməkdaşlıq imkanları və dünyanın sülh təşəbbüslərində iştirak edən ölkələr arasında, sülhyaratma proseslərində fəal rol alma imkanı qazandırır”.
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, platforma haqqında birmənalı şəkildə təsəvvür yaratmaq düzgün olmazdı:
“Bu baxımdan Qəzza Sülh Şurası platformasının effektivliyi ilə bağlı beynəlxalq qeyri-müəyyənlik Azərbaycan diplomatiyasını da çətin duruma sala bilər. Bu baxımdan bir çox ölkə hələ rəsmi mövqeyini bəyan etməyib və təşəbbüsə ehtiyyatla yanaşan ölkələr var. Münaqişə ilə bağlı Azərbaycanın mövqeyi bütün dönəmlərdə, iki dövlətli həllə dəstək verərək, regional sabitlik və humanitar yardıma önəmli hesab edib. Məhz bu yanaşma Trampın təşəbbüsü ilə üst-üstə düşür və bu baxımdan, yəni regional əməkdaşlıq baxımından Yaxın Şərqdə Azərbaycanın Misir, Türkiyə , Qətər və digər ölkələrlə birgə işləmək, Azərbaycan üçün geniş regional əməkdaşlıq imkanları açır”.
Süleyman