Azərbaycanın yeddi şahmatçısı Grand Swiss də çıxış edəcək

08.07.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionluq dövrünə daxil olan “Grand Swiss” turnirində yeddi azərbaycanlı şahmatçı çıxış edəcək.

İdman.biz xəbər verir ki, FIDE təsnifat mərhələsindən keçən iştirakçıların yekun siyahılarını açıqlayıb.

Sentyabrın 3-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək yarışda, əvvəlcədən nəzərdə tutulduğu kimi, dörd deyil, yeddi azərbaycanlı şahmatçı çıxış edəcək. Məhəmməd Muradlı açıq turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərliyə qoşulacaq.

Qadınların turnirində Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva mübarizə aparacaqlar.

Qeyd edək ki, açıq və qadınların yarışlarında ilk iki yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью