Azərbaycanın yeni avtomatı AZ 7,62 (FOTO)

25.11.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən DSA-2016 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisəsində hazırlanmış EM-14 avtomat tüfəngi seriyasından yeni silahı – AZ-7,62 avtomatını ilk dəfə nümayişə çıxarılıb.

"AzeriDefence”nin məlumatına görə, sərgidə məlumat verilib ki, 7.62×39 mm çaplı avtomat çəkisi 3.8 kq, atış məsafəsi 1000 metr, darağının tutumu 30 patron, resursu 10 000 atışdır. Silahın gövdəsi üzərində pikatini relsi yerləşdirilib və kollimatorla dəstləşdirilib.

Avtomat sələfi EM-14-də olduğu kimi uzunluğu tənzimlənən 6 pilləli teleskopik qundağa malikdir. Ön hissədə əlavə – sökülüb qurula bilən ikinci tutacaq tətbiq olunub.

Qeyd edək ki, bundan əvvəl – 2015-ci ilin fevral ayında MSN Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilmiş İDEX-2015 sərgisində ilk dəfə 5.56×45 mm çaplı EM-14 avtomatını nümayiş etdirib. EM-14 xarici dizayn baxımından AK-47 xəttinə əsaslanır. Lakin bu silah özünün texnoloji prinsiplərinə və tətbiq olunmuş yeniliklərinə görə, "Kalaşnikov” avtomatından əhəmiyyətli şəkildə fərqlənir.

BAKU.WS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью