Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə töhfə verəcək
Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, bir sıra mühüm iqtisadi və nəqliyyat imkanları yaradacaq.
Avtosfer.az xəbər verir ki, dəhlizin istifadəyə verilməsi Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrinin genişlənməsinə, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına şərait yaradacaq.
Eyni zamanda, layihə daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək.