Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Bəli, Azərbaycanın yenilməz gücü onun həmişə ədalətli davranması, haqq mövqeyindən çıxış e
Bu xüsusda, fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: «Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır.
Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var.
Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz.
Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik.
Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Onda gəlin, müstəqil ölkə olmayaq.
Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur».
Bəli, biz ədalətimizlə gücümüzü, gücümüzlə ədalətimizi dünyaya nümayiş etdirmişik. Azərbaycanın müstəqilliyi real səciyyə daşıyır.