Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 29 yanvar, AZƏRTAC Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “
Bundan əlavə, layihə çərçivəsində dövlət məmurlarına, pedaqoqlara, müəllim və tərbiyəçilərə, jurnalistlərə, muzey və kitabxana işçilərinə, g
Bu strategiya Azərbaycan xalqının mənəvi, intellektual və əxlaqi mədəniyyətinin inkişafında yeni mərhələyə nail olmağa yönəlib.
Layihənin əsas məqsədinin yüksək mədəniyyətli vətəndaşların formalaşdırılmasına vətəndaş dəstəyi göstərmək olduğunu bildirən tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov layihə çərçivəsində ustad dərsi keçib.
Dərs zamanı 35 il ərzində toplanmış universal mədəniyyətşünaslıq biliklərini əks etdirən, müxtəlif anlayış və sxemləri ehtiva edən 100-dən çox slayd nümayiş olunub.
Azərbaycan alimlərinin dünya mədəniyyətşünaslığına töhfəsinə həsr olunmuş maraqlı məruzə ilə Azərbaycan Mədəniyyətşünaslar Cəmiyyətinin üzvü, tarix elmləri doktoru, professor Minixanım Əsədli çıxış edib.
Siyasi mədəniyyət tarixi, dövlət idarəçiliyi və dövlət qulluğunun mədəni xüsusiyyətlərinə dair təhlil isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov tərəfindən keçirilən təlimdə yer alıb.
Layihənin rəhbəri “Simurq” AMA Rəyasət Heyətinin məsul katibi Leyla Hacıyevadır. Layihə Bakı və ölkənin digər regionlarını da əhatə edəcək.