AzərbaycanKolumbiya əməkdaşlıq perspektivləri, COP29a sədrlik müzakirə olunub | Icma.az
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişməl
Bu barədə Missiya.Az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə, Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq perspektivləri, ölkəmizin COP29 sədrliyi, mövcud təşəbbüs və prioritetlər müzakirə olunub.
Azərbaycan və Kolumbiya arasında ikitərəfli, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırıb.İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirilməsi və müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən C.Bayramov, sədrlik prosesimizin bir çox ölkələr, o cümlədən Kolumbiya ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarımızı genişləndirdiyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu