Azərbaycanla AB arasında münasibətlərdə yeni mərhələ...

13.11.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev kifayət qədər mühüm görüşlər keçirdi. Görüşlərdə təbii ki, Azərbaycanın mövqeyi, eyni zamanda regiondakı geosiyasi və geoiqtisadi vəziyyət xüsusi müzakirə olunub.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov qeyd edib.

“Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq anlaşması imzalanıb. Praktiki olaraq bu ondan xəbər verir ki, cənab Prezidentin Dublin səfəri Azərbaycanla Avropa Birliyi arasında münasibətlərdə yeni bir mərhələ açacaq.

Avropanın ən güclü dövlətlərindən olan Böyük Britaniya ilə strateji tərəfdaşlığa malik olmaq həm də həmin ölkədən və bütövlükdə Avropadan Azərbaycana daha çox texnologiya və innovasiyanın cəlb edilməsinə imkan yaradacaq.

Bu, təbii ki, Azərbaycanda qeyri neft-qaz sektorunun inkişafı baxımından yeni imkanlar deməkdir. Bu baxımdan Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin 9-cu zirvə toplantısında iştirakı bir tərəfdən Azərbaycanın regional və qlobal məsələlərlə bağlı mövqeyinin bir daha təqdim olunmasına, digər tərəfdən isə Azərbaycanın strateji tərəfdaşlığa malik olduğumuz və eləcə də regionda xüsusi mövqeyə malik olan dövlətlərlə münasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq”, - deputat bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью