Azərbaycanla ABŞ arasında iqtisadi ticarət əlaqələri müzakirə olundu | Icma.az
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.
Redaktor.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
Bildirilib ki, tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərini müzakirə ediblər.
"Azərbaycanın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri, investisiya, enerji infrastruktur və sənaye sahələrində birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov yazıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu