“Azərbaycanla bağlı bu addımı atmağa hazırıq” Paşinyan KONKRET

16.04.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Ermənistan Azərbaycanla gömrük prosedurlarını sadələşdirməyə hazırdır.”

KONKRET.az xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

O qeyd edib ki, hər hansı bir layihənin həyata keçirilməsi zamanı müəyyən nüanslar və incəliklər var. Onların üzərində işləmək lazımdır.

Bundan əvvəl Antalya diplomatik forumunda xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən hissədə fiziki yoxlamaları minimuma endirmək üçün elektron skan sistemlərindən istifadəni təklif edib.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью