Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Müdafiə Nazirliyi keçmiş hərbçinin “Mehridə Azərbaycan təxribatı” ilə bağlı açıqlamasını İrəvana qarşı növbəti informasiya hücumu adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN-in məlumatında bildirilib.
“Yumşaq desək, şərəfsiz xidməti ilə fərqlənən bir şəxsin açıqlaması təkcə dezinformasiya deyil, həm də Ermənistana və onun silahlı qüvvələrinə hücum etmək üçün növbəti uğursuz cəhddir”, - nazirlik qeyd edib.
Nazirlik bu cür şayiələri hibrid təhdidlər kimi qiymətləndirib və hüquq-mühafizə orqanlarından reaksiya gözlədiyini vurğulayıb.
Xatırladaq ki, ehtiyatda olan leytenant-polkovnik Naira Gevorkyan Azərbaycan Silahlı Qüvvələrinin uğursuz hücum həyata keçirdiyini, Ermənistan bölmələrinin isə atəş açmamaq əmri aldığını bildirmişdi.