Azərbaycanla bir millətik, amma bir dövlət deyilik!

05.10.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanla Türkiyənin vilayəti kimi davranmaq istəyənlər ağıllarını başlarına toplamalıdır.

Axar.az xəbər verir ki, bunu türkiyəli araşdırmaçı yazar Cəmil Səlcuq özünün X hesabında sosial şəbəkələrin Türkiyə seqmentində bəzi fəalların Azərbaycana yönəli ədalətsiz tənqidləri haqda qeyd edib.

“Azərbaycan suveren və müstəqil dövlətdir. Soydaş və qardaş ölkədir. Azərbaycanla bir millətik, amma bir dövlət deyilik. Bu həqiqəti unutmadan qarşılıqlı hörmət və əməkdaşlıqla hərəkət edilməlidir. Azərbaycana sevgimiz heç bir qarşılıq gözləmədən hiss etdiyimiz bənzərsiz hissdir. Var olsun, güclü olsun, ucalsın. Sonadək üç rəngli bayrağı ilə xoşbəxt yaşasın”, - Səlcuq bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью