Azərbaycanla birgə güclü addımlar atacağıq Kurum

03.12.2024

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murad Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.

O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.

Xatırladaq ki, daha əvvəl Səudiyyənin paytaxtında BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının (COP16) işə başladığı bildirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью