Azərbaycanla Böyük Britaniya arasında Anlaşma Birgə İşçi Qrupu yaradılacaq

07.10.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın Biznes, İnnovasiya və Ticarət Departamentinin ticarət üzrə dövlət naziri Anas Sarvar ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı, xüsusilə nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə Yol Xəritəsi ilə birlikdə Anlaşma Memorandumu imzalanıb və sənəddə nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək məqsədilə Birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəlinib.

Həmçinin nəqliyyat infrastrukturunun inkişafı və prioritet layihələrin maliyyələşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью