Azərbaycanla Çin arasında əlaqələr daha da inkişaf edəcək ŞƏRH | Icma.az
Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.
Belə ki, ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib.Azərbaycanla Çin arasında diplomatik münasibətlər 1992-ci il, aprel ayının 2-də qurulub.
1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda, 1993-cü ilin sentyabr ayında isə Azərbaycanın Pekində səfirliyi açılıb.Azərbaycanla Çin münasibətlərinin inkişafı Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra daha da güclənib.
1994-cü ilin 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub.
Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Çin Xalq Respublikasının Sədri Heydər Əliyevlə danışıqlarda bildirib ki, Çin Azə
1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də digər ölkələrlə bərabər Çinlə də əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
Tam oxu
Xəbəri oxu