Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda keçirilmiş hökumətlərarası komissiyasının 10-cu iclasında Azərbaycanla Çin arasında əməkdaşlıq imkanları müzakirə olunub, yeni potensialın müəyyən olunması və münasibətlərin dərinləşdirilməsinə dair razılığa gəlinmişdir.
Qeyd edək ki, Çin Azərbaycanın 4-cü ticarət tərəfdaşıdır. Eyni zamanda Çin 17,5 trilyon dollar ÜDM-lə dünyanın ikinci iqtisadiyyatıdır.
Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi ölkəmizin iqtisadiyyatının müasir texnologiya və innovasiyalar üzrə inkişaf etməsinə yol açacaq.
Dövlət başçılarının rəsmi səfərləri ölkələrarası münasibətləri yeni mərhələyə çıxarmaqla yanaşı, dünyada mövqelərimizi möhkəmləndirir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətləri yeni bir müstəviyə çıxaracaq.
Azər Badamov “Dövlət başçımız Çində yüksək səviyyədə qarşılandı və dövlət başçılarının geniş tərkibdə görüşü keçirildi.
Görüşlərdə ölkə başçılarımız Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıb və sənədlər imzalanır.