GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında “yaşıl enerji” sahəsində bir neçə sənəd imzalanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, bunlar, – Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co.
Ltd.” şirkəti və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi, – Energetika Nazirliyi və “China Energy Overseas Investment Co.
Ltd” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu – Energetika Nazirliyi və “China Datang Co.
Ltd” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumudur.
Sənədlər bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.