GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var”.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Ermənistanın baş naziri deyib ki, sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır:
“İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hər şeyi edəcəyəm. Sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır”, – Paşinyan bildirib.