Azərbaycanla dron insidentini müzakirə etdik İranlı general

20.07.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Ali Dini Liderinin müşaviri, SEPAH-ın keçmiş komandanı Yəhya Rəhim Səfəvi Azərbaycan və Türkiyə ilə dron insidentindən sonra əlaqələrin qurulduğunu və məsələ ilə bağlı qarşılıqlı mövqelərin müzakirə edildiyini bildirib.

Redaktor.az xəbər verir ki, Yəhya Rəhim Səfəvi bu barədə açıqlamasında danışıb.

Onun sözlərinə görə, dron insidentindən sonra Azərbaycan və Türkiyə tərəfi ilə koordinasiyalı danışıqlar aparılıb.

“Türkiyə tərəfi özü əlaqə saxladı və baş verən dron məsələsini soruşdu. Biz açıq bildirdik ki, Türkiyə və ya Azərbaycan hədəfimizdə deyil”, – deyə o bildirib.

Səfəvinin sözlərinə görə, Türkiyə İncirlik aviabazasından İrana qarşı əməliyyatlarda istifadə edilməyəcəyini bəyan edib. O, Azərbaycanın isə ölkə ərazisində ABŞ və İsrailə məxsus hərbi bazaların olmadığını bildirdiyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью