Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ermənistanla Azərbaycan arasında sülh müəyyən edilmiş faktdır”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Ermənistan Respublikası sülhün nə demək olduğunu bilmir, çünki ölkəmiz müstəqilliyinin ilk günündən münaqişə içərisindədir. Müstəqillikdən əvvəlki kifayət qədər qısa müddət ərzində də biz münaqişə şəraitində yaşayırdıq. Sülh şəraitində yaşamaq, dəyərləri və düşüncə tərzini sülh şərtlərinə ekvivalent qavrayışa malik olmaq sadə məsələ deyil. Biz qurulmuş sülhün daha da möhkəmlənməsi və daha da institusionallaşması üçün qayğı göstərməliyik”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan bildirib ki, biz bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə Azərbaycanla işimizi davam etdiririk.
O qeyd edib ki, əvvəllər Azərbaycanla əlaqələrimiz gündəlik işimizin tərkib hissəsi idisə, indi fərq ondadır ki, Azərbaycanla sülh bizim gündəlik işimizin tərkib hissəsidir.
Daşqın Həsənov
Missiya.Az