Azərbaycanla əməkdaşlıq uğrunda böyük rəqabət

30.07.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal siyasi və iqtisadi proseslərdə baş verən eskalasiya fonunda dünyanın aparıcı güc mərkəzlərinin Azərbaycana marağının artması diqqəti cəlb edir. 

Bu da Azərbaycanın strateji əhəmiyyətinin artması ilə bağlıdır.Münaqişələr səbəbindən dünya ticarət və enerji bazarlarını əlaqələndirən nəqliyyat-tranzit yollarının bağlanması aparıcı ölkələri alternativ marşrutlar, eyni zamanda tədarük mənbələri axtarmağa sövq edib. 

Bu baxımdan, Azərbaycan həm ötürücü logistika mərkəzi, həm də hasilatçı tərəf kimi dünyanın inkişaf etmiş qütbləri üçün cəlbedici tərəfə çevrilib. 

ABŞ, Avropa İttifaqı, Türkiyə, Britaniya, İtaliya, Almaniya, Çin, Rusiya və digər beynəlxalq aktorların Azərbaycana marağının artması qeyd edilən səbəblə izah oluna bilər. Azərbaycanın postmünaqişə dövrünə qədəm qoyması və sülhə əsaslanan yeni geosiyasi reallıqlar yaratması bu əməkdaşlığı təmin edən mühüm amillərə çevrilib. 

Prezident İlham Əliyevin iyulun 21-də Almaniyaya səfəri Avropada Azərbaycana nə qədər böyük əhəmiyyət verildiyini bir daha təsdiqlədi. Xüsusilə də Prezident İlham Əliyevin “Azərbaycan Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol artacaq”deməsi məhz buna sübutdur. 

Bu rolun artmasında Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti əsas rol oynayır. İqtisadi inkişaf səviyyəsinə görə dünyada 3-cü yeri tutan Almaniyanın bu əməkdaşlığa önəm verməsi ilk növbədə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlıdır. 

Yəni Almaniya Azərbaycandan təbii qaz idxalına maraq göstərir. Beləliklə, Almaniya İtaliyadan sonra Azərbaycandan “mavi yanacaq” idxal edən ikinci ən böyük Avropa ölkəsi olacaq. Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərdə enerji sahəsində əməkdaşlıq strategiyasına üstünlük verməsi bu siyasətin nə qədər səmərəli olduğunu sübut edir. 

Artıq Azərbaycan Avropanın 10 ölkəsinə təbii qaz tədarük edir. Ukraynada davam edən müharibə ilə əlaqədar yaxın gələcəkdə Avropa İttifaqının Rusiyadan neft və təbii qaz idxal edəcəyi gözlənilmir. Üstəlik, Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan enerji asılılığını tamamilə dayandırmağı qərara alıb. 

Ona görə də Almaniya alternativ enerji mənbəyi kimi Azərbaycana maraq göstərir. Eyni zamanda, Yaxın Şərqdə ABŞ və İran arasında baş verən müharibə Hörmüz boğazının bağlanmasına, nəticədə Avropaya neftin və sıxılmış qazın daşınmasının dayanmasına səbəb olub. 

Qeyd edilən kontekstdə Almaniyanın da Azərbaycandan təbii qaz idxal edən İtaliya və Balkan ölkələrinin təcrübəsini təkrarlamaq istəyi görünür. Hazırda yalnız Almaniya deyil, bütövlükdə Avropa İttifaqı Cənub Qaz Dəhlizi ilə Azərbaycandan aldığı “mavi yanacağ”ın həcminin artırılmasına çalışır. 

Dünyada siyasi münaqişələrin və ticarət müharibələrinin sayının artdığı hazırkı vaxtda Azərbaycan Prezidentinin balanslı enerji strategiyası böhranların rasional idarə edilməsində vacib nümunə sayıla bilər. 

Avropa İttifaqı ilə Mərkəzi Asiya və Çin arasında nəqliyyat-ticarət dəhlizinin Orta dəhlizdən keçməsi Azərbaycanı həm Qərb dövlətləri, həm də Pekin üçün cəlbedici edib. Strateji əhəmiyyətə malik bu uğurlu arxitekturanın da müəllifi Azərbaycan Prezidentidir. 

Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, regionda sülhün bərqərar olması və nəqliyyat-tranzit dəhlizini yaratmaq təşəbbüsü beynəlxalq diqqəti Cənubi Qafqaza yönəldib. 

Dünya liderlərinin yaranmış yeni əməkdaşlıq mühitinə görə Azərbaycan Prezidentinə minnətdar olması da qeyd edilən səbəblə bağlıdır. Lakin Azərbaycanın regional proseslərdə rolunun artması yalnız Qərblə münasibətlərlə yekunlaşmır. 

Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin son vaxtlar aradan qalxması Prezidenti Vladimir Putinlə dövlət başçısı İlham Əliyev arasında telefon söhbəti digər böyük güc mərkəzləri arasında Azərbaycanla əməkdaşlıq uğrunda böyük rəqabətin getdiyini göstərir. 

Təbii ki, Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizinin keçdiyi Azərbaycanla münasibətlərin yüksək səviyyədə davam etdirilməsində maraqlıdır. 

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın digər qütblərində maraqları kəsişən güc mərkəzləri üçün sabit əməkdaşlıq platformasıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İnkişaf İlham Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью