Azərbaycanla Ermənistan arasında sülh pozitiv MƏRHƏLƏDƏDİR

04.12.2024

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanla Azərbaycan arasında sülh prosesi pozitiv mərhələdədir.

Modern.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır.

"Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Biz bu məsələyə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”, - Simonyan bildirib.

Xatırladaq ki. ötən ay Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının dekabr ayında davam edəcəyi açıqlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью