Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri qurula bilər AÇIQLAMA | Icma.az
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh mətni hər iki tərəfdən Xarici İşlər nazirlərinin ilə paraflanıb.
Sözsüz ki, bu yekun sülh sazişi demək deyil. Amma ilkin mətn paraflanıbsa, bunun üzərində yenidən hansısa dəyişikliklərin olması mümkün deyi
Təbii ki, müəyyən müddətdən sonra yekun sülh sazişinin imzalanması gözlənilir.
Bu sözləri Teleqraf-a istiqlalçı deputat, iqtisadçı alim Vahid Əhmədov deyib. “Artıq ATƏT-in Minsk Qrupu tarixə qovuşub.
Minsk Qrupunun əsas üzvlərindən olan Rusiya tərəfi də təşkilatın buraxılmasının labüd olduğunu açıqlayıb.
Bunun fonunda Azərbaycanla Ermənistan arasında yekun sülh üçün elə bir ciddi problem qalmayıb”, - deyə o qeyd edib.
İstiqlalçı deputat hesab edir ki, tərəflər arasında ən yüksək səviyyədə keçirilən görüşlər münasibətlərin normallaşmasına başlıca zəmin yaradır: “Azərbaycanın hazırkı mərhələdə əsas tələbi Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlıdır.
Tam oxu
Xəbəri oxu