Azərbaycanla Ermənistan ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdıracaq

04.02.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevlə Nikol Paşinyan hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüşü zamanı vurğulanıb.

Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər.

Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью