Azərbaycanla Estoniya yığmalarının start heyətləri

16.11.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda bu gün Qəbələdə üz-üzə gələcək Azərbaycan və Estoniya yığmalarının start heyəti açıqlanıb.

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: Rza Cəfərov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev Ozan Can Kökçü, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Ramil Şeydayev, Musa Qurbanlı, Toral Bayramov

Baş məşqçi: Fernandu Santuş

Estoniya: Karl Yakob Heyn, Mixael Şönninq-Larsen, Markus Poom, Rokko Şeyn, Henri Anier, Maksim Paskoçi, Yonas Tamm, Karol Mets, Martin Miller, Kevor Palumets, Vlasi Sinyavski

Baş məşqçi: Yurgen Henn

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью