Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 25 aprel, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov FIBA-nın baş katibi Andreas Zaqklis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyində baş tutan görüş zamanı Azərbaycanda basketbolun inkişafı, FIBA ilə mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, birgə təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.