Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kaunasda Litva və Azərbaycan arasında keçiriləcək D2 Qrup UEFA Millətlər Liqası matçı üçün bilet satışı davam edir.
Sportal.az xəbər verir ki, Litva Futbol Federasiyasının məlumatına görə, Darius i Girėnas stadionunun tutumu 15.000 olsa da, indiyə qədər 5000-dən çox bilet satılıb.
Litva millisinin heyətində bir dəyişiklik olub. Zədəli müdafiəçi Dominikas Barauskasın (“TransINVEST”) yerinə heyətə Deyvidas Maljinskas (“Banqa”) cəlb olunub.
Litva - Azərbaycan matçı 27 sentyabrda yuxarıda adı çəkilən stadionda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.