Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

24.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, eləcə də gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью