Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan və Gürcüstan arasında əlaqələr əsrlərin sınağından çıxmış dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanır.
Bu münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinə çataraq müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaradıb.
İki ölkənin əlaqələrinin təhlili göstərir ki, siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq regional və beynəlxalq əhəmiyyətə malikdir.
Gürcüstan Baş naziri İrakli Kobaxidzenin 2025-ci ilin yanvarında Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir.
Bu səfər, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra ilk xarici səfər olaraq, Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.
Bu cür səfərlər iki ölkə arasında siyasi dialoqun daha da dərinləşməsinə və əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə zəmin yaradır.Azərbaycan və Gürcüstan arasındakı siyasi əməkdaşlıq, regionun təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
İqtisadi sahədə də ölkələr arasında uğurlu nəticələr müşahidə olunur.