Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artıb

20.01.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 308,134 milyon ABŞ dolları təşkil edib.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 13,8 % azdır.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,6 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 15,9 % azalaraq 724,535 milyon ABŞ dolları (ümumi ixracın 11 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 10,9 % azalaraq 583,599 milyon ABŞ dolları (ümumi idxalın 3,5 %-i) olub.

İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 8 % artaraq 23 milyard 435,258 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 7,8 % artaraq 6 milyard 560,377 milyon ABŞ dolları, idxalın dəyəri isə 8,1 % artaraq 16 milyard 874,881 milyon ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью