Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsin…
Modern.az saytına istinadən Icma.az xəbər verir. “Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və y
Bu baxımdan qonşularla əlaqələrin inkişafına xüsusi önəm verilir. Bunu Azərbaycan-Gürcüstan münasibətlərində aydın görmək mümkündür.
Bu ilin əvvəlində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, bu günlərdə isə Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfərləri münasibətlərimizin hazırkı inkişaf səviyyəsinin aydın mənzərəsini təqdim edir.
Bu səfərlərin özəlləyi ondan ibarət oldu ki, İrakli Kobaxidze ölkəsində keçirilən parlament seçkilərindən, həmçinin Mixeil Kavaleşvili prezident seçildikdən sonra ilk səfərlərini Azərbaycana etdilər.
Bu, Azərbaycan-Gürcüstan münasibətlərinin mahiyyətinin, xalqlarımızın dostluğunun, qardaşlığının nümayişi oldu.
Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir.
Prezidentlərin mətbuata birgə bəyanatında dövlət başçısı İlham Əliyev bir daha vurğuladı ki, əsrlər boyu xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar.
Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir.
Tam oxu
Xəbəri oxu