Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Azərbaycanla Gürcüstanı dərin tarixi köklər bir-birinə bağlayır. Uzun tarixi keçmişdən gələn bu bağlılıq, əlaqələr günümüzdə daha da inkişaf edir və yeni bir mərhələyə qədəm qoyur. Bu baxımdan Gürcüstan prezidentinin bu günlərdə reallaşdırdığı səfər də Bakı ilə Tbilisi arasında münasibətlərin daha da inkişafında müstəsna rol oynayacaq".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki,