Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycanla anklavlar və eksklavlarla bağlı heç bir razılaşma yoxdur”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə belə deyib.
“Heç bir razılaşma yoxdur. Rəsmi olaraq müzakirə edilən və üzərində işçi müzakirə aparılan hər hansı bir məsələni ictimaiyyətə açıqlayırıq”, -deyə Qriqoryan əlavə edib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan tərəfi ilə 13 görüş keçirilib və hər görüşdən sonra rəsmi məlumat dərc edilib.
Mher Qriqoryan bildirib ki, işçi görüşlərdə anklavlar və eksklavlar məsələsi müzakirə olunmayıb. Onun sözlərinə görə, əgər belə müzakirələr olsaydı, bu, rəsmi şəkildə elan olunardı.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin