Azərbaycanla həmsərhəd ərazidə ŞƏT in təlimləri başlayır

01.12.2025

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin birgə antiterror təlimləri keçirilir.

"Yeni Sabah" mehr-ə istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK - "Sepah") Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr üzrə rəis müavini polkovnik Şəhram Əskərian məlumat yayıb.

Onun sözlərinə görə, təlim Azərbaycan Respublikası ilə həmsərhəd Şərqi Azərbaycan əyalətində keçirilir.

ŞƏT hərbi tədbiri “Səhənd 2025: Birgə Antiterror Təlimi” adlanır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью