Azərbaycanla hərbi əməkdaşlıq sahəsində... Gülər

26.11.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyə Azərbaycanla hərbi əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişə nail olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler parlamentdə büdcə müzakirələrində bildirib.

Türkiyənin bir çox regionda beynəlxalq təhlükəsizlik, sülh və sabitliyə əhəmiyyətli töhfələr verdiyini vurğulayan nazir bu çərçivədə Azərbaycanla ikitərəfli əlaqələri daha da dərinləşdirdiklərini qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması çərçivəsində biz müdafiə sənayesi, eləcə də kadr hazırlığı, yardım və məsləhət fəaliyyəti sahəsində əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olmuşuq və bunu davam etdiririk”, – müdafiə naziri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью