Azərbaycanla Hindistan əməkdaşlığı genişləndirə bilər XİN rəhbəri

23.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin ilk altı ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 600 milyon ABŞ dolları təşkil edib. Təəssüf ki, bu göstərici ölkələrimizin potensialını əks etdirmir. Əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu sahədə bir sıra müvafiq qurumlar arasında əməkdaşlıq həyata keçirilir. Hazırda Azərbaycanda Hindistanın 1000-dən çox şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью