“Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıyıq” Səfir

23.11.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanın Xəzər dənizi vasitəsilə enerji resurslarının nəqli, boru kəmərləri və digər beynəlxalq layihələrdəki rolu xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq enerji təhlükəsizliyi məsələlərinin həllinə də töhfə verir”.

525.az xəbər verir ki, bunu Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ölkəsinin Müstəqillik Günü münasibətilə rəsmi qəbulda deyib.

“Azərbaycan hökumətinə bu prosesdə göstərdiyi dəstəyə görə minnətdarıq. Xəzər qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Albaniyadan keçərək 
Avropaya çatdırılması iki ölkənin enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığının göstəricisidir, - səfir bildirib.

O, qazlaşdırma layihəsindəki əməkdaşlığa görə Azərbaycan hökumətinə və SOCAR-a minnətdarlığını bildirib.

Diplomat bu ilin dekabrında Tiranada keçiriləcək Hökumətlərarası Komissiyanın ikinci iclasını səbirsizliklə gözlədiklərini, Bakı ilə Tirana arasında birbaşa uçuşların başlanmasına ümid etdiklərini də qeyd edib:

“Bu ilin dekabrında iki ölkə arasında hökumətlərarası və iqtisadi əməkdaşlığın daha da güclənəcəyinə ümid edirik.

Lakin bizim ambisiyalarımız enerji sektorundan daha genişdir. Biz Orta Orta Dəhlizin 8-ci Panavropa nəqliyyat dəhlizi və Dürres limanı ilə birləşdirilməsində, həmçinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Şirkətlərimizin kənd təsərrüfatı, yaşıl enerji, rəqəmsal texnologiyalar və turizm sahələrində birgə fəaliyyət göstərməsini arzulayırıq”, - səfir deyib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью