Azərbaycanla İran arasındakı buzlar əriyir : Pezaşkian Azərbaycana gəlir | Icma.az
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian fevralın üçündə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.Bu barədə Azərbaycanın İrandakı Səfirliyi “X”dəki hesabında məlumat yayıb.H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.İran İslam Respublikasının Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.Öncə ona deyək ki, H.
Hacıyevin İrana səfəri kifayət qədər mühüm əhəmiyyətli hadisədir.
Keçirilən görüşlərdən və səslənən bəyanatlardan məlum olur ki, səfər hər iki tərəf üçün vacib idi.
Xüsusilə münasibətlərin normallaşması və inkişafı baxımından səfərin vacib olduğunu düşünə bilərik.Məsələ burasındadır ki, İranın keçmiş hakimiyyəti dövründə Azərbaycanla münasibətlər ziddiyətli idi.
Tehranın Ermənistanın silahlanmasına kömək etməsi, Zəngəzur dəhlizinin açılmasına dair mənfi mövqeyi və nə müsəlmanlığa, nə də qonşuluğa uyğun olan digər davranışları Bakı ilə münasibətlərin pisləşməsinə səbəb olmuşdu.
İndi isə Məsud Pezaşkian hakimiyyəti keçmiş iqtidarın Azərbaycanla bağlı səhvlərini düzəltməyə çalışır.
Bunun obyektiv və subyektiv olmaqla bir neçə səbəbi var. Birincisi, Pezaşkianın Azərbaycan əsilli siyasətçi olmasıdır.
Tam oxu
Xəbəri oxu