Azərbaycanla İranın ticarəti son 5 ilin maksimumuna çatdı

28.04.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Azərbaycanla İran arasında ticarət dövriyyəsi hər il müsbət dinamika ilə artmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı rəqəmlər  Dövlət Gömrük Komitəsinin hesabatlarında öz əksini tapıb.

Məlumata görə, bu ilin birinci rübündə Bakı və Tehran arasında ticarət dövriyyəsi 157,1 milyon dollar təşkil edib. Bu dövrdə Azərbaycanın İrandan idxalı 152,2 milyon dollar, bu ölkəyə ixracı isə 4,9 milyon dollar həcmində olub.

Ümumillikdə, son 5 ilin birinci rübündə iki ölkə arasında ticarət həcmi aşağıdakı kimi dəyişib:

2020 – 88 milyon dollar

2021 – 101,2 milyon dollar

2022 – 122,3 milyon dollar

2023 – 134,7 milyon dollar

2024 – 134,8 milyon dollar

2025 – 157,1 milyon dollar


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью