GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Biz deyirdik: siz 8 milyarddan çox borcu artırmısınız, borcu təmizləyin. Paşinyanın cavabı belə oldu: 8 milyardla silah almışıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan parlamentin iclasında deyib.
“Mən sadəcə təklif etmişdim ki, araşdıraq – həmin 8 milyard silaha gedibmi? Çünki silaha getsəydi, indi biz Ayın üzərinə lazer topları yerləşdirmiş olardıq”, – A.Xaçatryan bildirib.
İclas zamanı Azərbaycan hərbi gücünü artırması ilə replikaya Xaçatryan “Mən bilmirəm Azərbaycan nə edib, sizin onlarla isti münasibətiniz var, zəng edin soruşun”, – deyə cavab verib.
Safura Bənnayeva
Globalinfo.az