Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
21 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kamboca Krallığında səfərdə olub.
XİN-dən APA-ya verilən xəbərə görə, səfər zamanı, Azərbaycan-Kamboca Xarici İşlər Nazirlikləri arasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Khuon Phon Rattanakın həmsədrliyi ilə siyasi məsləhətləşmələrin 4-cü iclası keçirilib.
İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.
Nazir müavini Elnur Məmmədov bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Kambocanın üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
22 iyul 2025-ci il tarixində Kambocanın Turizm naziri Huot Hak ilə keçirilmiş görüşdə, hər iki ölkənin geniş turizm potensialına malik olduğu, turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanlb.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.