“Azərbaycanla keçiriləcək oyunu səbirsizliklə gözləyirik” İdmanXəbər | Icma.az
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır. “Slovakiya ilə görüş qrupda final matçı kimi olacaq. Çox vacib oyundur”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri İsveç millisinin hücumçusu Aleksandr İsak Millətlər Liqasında Slovakiya və Azərbaycanla keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.
O, daha sonra belə davam edib: “Milli komandaya qayıtmaq həmişə xoşdur. Komandamızda yaxşı harmoniya var. Hamı pozitivdir.
Slovakiya və Azərbaycanla keçiriləcək iki vacib oyunu səbirsizliklə gözləyirik”.
İsveç – Azərbaycan oyunu noyabrın 19-da Solnadakı “Strouberri Arena”da keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu